Bu gün Gürcüstanın Borjomi şəhəri yaxınlığında zəlzələ qeydə alınıb. Bakupost.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla 16:58-də Borjomi şəhərindən 12 kilometr aralıda 3,4 bal gücündə olub. Qeyd edilib ki, bu iyul ayı ərzində Gürcüstanda qeydə alınan 10-cu zəlzələdir. Ay ərzində ən güclü zəlzələ 4,2 bal gücündə olub.