Bakıda gənc qadın küçədə zorla qaçırılıb? - AÇIQLAMA + VİDEO

28-07-2023, 00:08           
Bakıda gənc qadın küçədə zorla qaçırılıb? - AÇIQLAMA + VİDEO
Sosial şəbəkələrdə Bakının mərkəzində gənc qadının zorla avtomobilə mindirilməsini əks etdirən görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, görüntülərdə bir neçə şəxsin Nərimanov rayonu Həsən Əliyev küçəsində bir qadına qarşı zorakılıq etməsi əks olunub. İddia edilib ki, qadın iradəsinə zidd şəkildə avtomobilə mindirilərək qaçırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov sorğumuza cavab olaraq bildirib ki, hadisə iyulun 26-da baş verib:
“Nərimanov rayonunda DİN-in “102” Xidməti Zəng Mərkəzinə naməlum şəxsin bir qadını məcburi şəkildə avtomobilə əyləşdirmək istəməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə Nərimanov RPİ-nin 16-ci Polis Şöbəsinin əməliyyat qrupu çıxıb. Həmin şəxslər müəyyən olunaraq şöbəyə dəvət ediliblər.

Araşdırmalarla məlum olub ki, onlar 5 ildir ki, birlikdə digər ölkədə yaşayırlar və Bakıya qısamüddətli səfərə gəliblər. Həmin gün isə tərəflər arasında qısqanclıq zəminində sözlü mübahisə yaranıb və hadisənin baş verməsində kriminal tərkibli əlamətlər yoxdur. Toplanmış material əsasında 16-cı PŞ-də təhqiqat araşdırmaları aparılıb. Tərəflərin izahatları alınıb, şikayət tələbi olmadığı üçün onlar sərbəst buraxılıblar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru