KXDR hərbi paradda yeni PUA-larını və qitələrarası raketlərini nümayiş etdirib
28-07-2023, 11:19
Şimali Koreya iyulun 27-də Pxenyanda keçirilən hərbi parad zamanı ən son hərbi və kəşfiyyat pilotsuz uçuş aparatlarını, qitələrarası ballistik raketlərini nümayiş etdirib.
Bu barədə “Report” Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, söhbət “Xvason-17” və yeni “Xvason-18” qitələrarası ballistik raketlərdən gedir.
Həmçinin məlumata görə, parad zamanı pilotsuz təyyarələrin uçuşu həyata keçirilib.
Hərbi paradda Şimali Koreya lideri Kim Çen Inlə yanaşı, bəzi ölkələrin rəsmiləri iştirak ediblər.