Vətən Müharibəsi qazisi ölümdən döndü: Lənkəranda dəhşət - Video
29-07-2023, 00:07
Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin giziri Natiq Mehdiyev ölümdən dönüb.
“Yeni Sabah” xəbər verir ki, bu gün N. Mehdiyev özünə məxsus “Xəzər” markalı avtomobili idarə edərkən qəfildən maşında yanğın başlayıb. O dərhal avtomobili tərk edərək öz həyatını xilas edə bilib. Maşın isə tamamilə yanıb.
Hadisə Lənkəran şəhərində baş verib. Sözügedən avtomobil isə ona Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmişdi.