Qapını tutaraq selə qarşı çıxmaq istədilər, bəla yuxarıdan gəldi - VİDEO

29-07-2023, 13:54           
Qapını tutaraq selə qarşı çıxmaq istədilər, bəla yuxarıdan gəldi - VİDEO
Sakinlər qapını tutaraq, sel sularının binaya daxil olmasının qarşısını almağa çalışırlar, ancaq bu dəfə yağış tavandan içəriyə axır.

Kadrlar Krımın Sevastopol şəhərindəndir.

Məlumata görə, şəhərə yarım saat ərzində yarım aylıq yağıntı norması düşüb. Nəticədə küçələri və evləri su basıb, şəhərin bir sıra rayonlarında elektrik enerjisi kəsilib. Güclü külək binaların üzlüklərini qoparıb, dam örtüklərini aparıb. Bəzi küçələrdə hətta avtomobilləri su axını aparıb. Onlarla ağac qırılıb.

Mənbə: URA.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru