Pilot uçuşdan öncə HƏBS EDİLDİ: Bir il işdən uzaqlaşdırıldı

29-07-2023, 11:48           
Pilot uçuşdan öncə HƏBS EDİLDİ:
ABŞ-ın ən böyük aviaşirkətlərindən biri olan “United Airlines” təyyarəsinin kapitanı uçuşdan əvvəl sərxoş olub.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Paris hava limanında həbs edilib.

Məlumata görə, Fransa paytaxtından Vaşinqtona uçmalı olan təyyarənin 63 yaşlı kapitanının işə sərxoş gəlməsi səbəbindən reys təxirə salınıb.

Belə ki, pilotun sərxoş olduğunu təhlükəsizlik işçiləri görüb.

Pilot gecə bir-iki stəkan şərab içdiyini iddia etsə də, testlər onun qanındakı spirtin miqdarının qanuni həddən az qala üç dəfə çox olduğunu göstərib.

Gəminin kapitanı birbaşa hava limanında həbs edilib və daha sonra məhkəmə qarşısına çıxarılıb. İdarə heyəti pilotun 256 sərnişinin həyatını təhlükəyə atmasından qəzəblənib. O, altı ay şərti həbs cəzası alıb və bir il uçuşdan uzaqlaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru