Pekində kəskin hava şəraitinə görə “narıncı” xəbərdarlıq edildi

30-07-2023, 13:34           
Pekində kəskin hava şəraitinə görə “narıncı” xəbərdarlıq edildi
Pekin Meteorologiya Bürosu paytaxta və ətraf ərazilərə yağan güclü yağış səbəbindən təhlükəli hava şəraiti ilə bağlı yüksək (“narıncı”) xəbərdarlıq edib.

Əhaliyə evlərini tərk etməmək, kütləvi tədbirlər keçirməmək və bütün mümkün ehtiyat tədbirlərinə əməl etmək tövsiyə olunur.

Həmçinin Pekin şəhərində bir çox iaşə obyektləri qapadılıb. Məqsəd insanların bir yerə toplaşmasının qarşısını almaqdır.
Qapalı və açıq havada keçirilən idman tədbirləri təxirə salınıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru