Moskvada HƏYƏCAN TƏBİLİ: bütün uçuşlara qadağa qoyuldu

30-07-2023, 08:14           
Moskvada HƏYƏCAN TƏBİLİ: bütün uçuşlara qadağa qoyuldu
Rusiyanın paytaxtı Moskvanın və Moskva vilayətinin hava məkanın bütün uçuşlara müvəqqəti qadağa qoyulub.

Publika.az xəbər verir ki, bu barədə TASS fövqəladə hallar xidmətinə istinadla məlumat yayıb.

Bundan əvvəl Vnukovo hava limanının gəliş-gedişlər üçün bağlandığı da bildirilirdi. Uçuşlar başqa hava limanlarına yönləndirilib. Bir reys gözləmə zonasında qalıb.

Qeyd edək ki, Moskva vilayətinin qərbində hava hücumundan müdafiə qüvvələri tərəfindən iki PUA vurulub.

Şahidlər Moskva vilayətinin Odintsovo və Krasnoqorsk rayonlarında eşidilən dörd partlayışdan danışırlar. Odintsovo Vnukovo hava limanından təxminən yeddi kilometr məsafədə yerləşir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru