İranda daşqınlardan 130-dan çox insan zərər çəkib

31-07-2023, 00:04           
İranda daşqınlardan 130-dan çox insan zərər çəkib
İranın cənub-şərqində yerləşən və ölkənin ən quraq əyalətlərindən biri hesab edilən Sistan və Bəlucistanda daşqınlar nəticəsində azı 133 nəfər zərər çəkib.

Teref.az “Report”a istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin yerli bölməsinin rəhbəri bildirib.

Daşqınlara Sarbaz çayının daşması səbəb olub. Çayda suyun səviyyəsi 1985-ci ildən ən yüksək həddə çatıb. Nəticədə 80 yaşayış binasını su basıb.

Yerli hakimiyyət orqanları yeni daşqınların olacağı barədə xəbərdarlıq edib.

Sonuncu dəfə iyulun 2-dən 7-dək 1 000-dən çox insan təbii fəlakətdən zərər çəkib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru