ŞOK HADİSƏ: 3 gün xarab liftdə oturan qadın öldü

31-07-2023, 11:14           
ŞOK HADİSƏ: 3 gün xarab liftdə oturan qadın öldü
Özbəkistanın paytaxtında yeni tikilidə gənc qadının meyiti tapılıb. Məlum olub ki, 32 yaşlı yerli sakin 3 gün xarab liftdə oturub.

Teref.az lent.az-a istinadən bildirir ki, respublika prokurorluğunun məlumatına görə, faciə Daşkəndin Parkent küçəsindəki evdə baş verib.

Müşahidə kameralarının görüntüləri sayəsində iyulun 24-də poçtalyon işləyən qadının lift vaqonuna daxil olduğunu müəyyən etmək mümkün olub. İyulun 26-da qohumları onu axtarışa veriblər.

Daha sonra qadının meyiti tapılıb. Ekspertlərin fikrincə, o, kəskin ürək-damar və tənəffüs çatışmazlığı nəticəsində dünyasını dəyişib. Qadının fəryadını isə heç kim eşitməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru