Çexiyada rusiyalı oliqarxın əmlakına həbs qoyuldu

31-07-2023, 14:54           
Çexiyada rusiyalı oliqarxın əmlakına həbs qoyuldu
Çexiyada rusiyalı oliqarx Vladimir Yevtuşenkov və oğlu Feliksin əmlakına həbs qoyulub.

Bundan əvvəl isə respublika hökuməti Yevtuşenkovları milli sanksiyalar siyahısına daxil edib.

Çexiyanın maliyyə departamenti Yevtuşenkova məxsus bir neçə çex firmasının ümumi məbləği 100 milyon kron (təxminən 4,6 milyon dollar) olan hesablarını və əmlakını dondurub. Onların arasında elektrik detallarının istehsalı ilə məşğul olan şirkət də var.

Bundan əlavə, hakimiyyət oliqarxa məxsus Karlovı Varıdakı beşulduzlu otel-sanatoriya “Savoy Westend”i də müsadirə edib. İndi o, məhdud rejimdə işləyir - heç bir formada ödəniş qəbul etmir və yalnız daha əvvəlki iyun ayının sonuna qədər sifariş olunmuş turlar üçün ödəniş etmiş qonaqlara xidmət göstərir.
Bildirilir ki, Vladimir Yevtuşenkovun Çexiyanın kurort şəhərindəki əmlakının ümumi dəyəri 500 milyon krondan (təxminən 23 milyon dollar) çoxdur.

Mənbə: currenttime.tv












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru