Rusiyada məhkum istintaq təcridxanasının qəbul pəncərəsindən qaçıb – VİDEO

31-07-2023, 08:22           
Rusiyada məhkum istintaq təcridxanasının qəbul pəncərəsindən qaçıb – VİDEO
Blaqoveşenskdə oğurluqda təqsirli bilinən şəxs istintaq təcridxanasının qəbul pəncərəsindən qaçıb.

Hadisə müşahidə kameraları tərəfindən lentə alınıb.

Görüntülərdə kişinin ötürücü pəncərəni açıb oradan qaçdığı görünür.

Rusiyanın Amur vilayəti üzrə Federal Penitensiar Xidmətinin mətbuat xidməti bildirib ki, 22 yaşlı gəncə otağı təmizləmək tapşırılıb. O izə nəzarətsiz qalaraq fürsətdən istifadə edib.
“Federal Penitensiar Xidmətin əməkdaşlarına dərhal xəbərdarlıq edilib, postlar qurulub, qarşılıqlı əlaqədə olan orqanlar məlumatlandırılıb və məhkumla bağlı məlumatlar göndərilib”, - deyə idarədən bildirilib.

Mənbə: NTV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru