Qəbiristanlıqda dəhşət - Cadu etmək üçün meyitin başını oğurladılar

31-07-2023, 16:53           
Qəbiristanlıqda dəhşət -
Braziliya qəbiristanlıqdakı dəhşətdən danışır. Belə ki, ötən il qətlə yetirilən qadının başı məzarından oğurlanıb.

"DogruXeber.az" xəbər verir ki, hadisə ölkənin Rio-de-Janeyro şəhərində baş verib.

Şəhərdəki qəbiristanlıqda baş verən hadisəni araşdıran cinayət eksperti Fábio Barbosa Teixeira yerli mediaya açıqlama verib. Onun sözlərinə görə, naməlum şəxs məzarı qazaraq, meyitin başını oğurlayıb. Onun yerinə isə saxsı qab qoyub.

Ekspert bildirir ki, naməlum şəxs cadu etmək üçün meyitin başını oğurlayıb. Hazırda araşdırmalar aparılır.

Dəhşətlisi budur ki, məzarın sahibi 31 yaşlı Sabrina Tavares de Almeyda ötən ilin avqustunda evində yatarkən başından silahla vurulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru