"Atam uşaqlıqdan mənə qarşı cinsi hərəkətlər edib" - Polis araşdırmaya başladı
31-07-2023, 13:29
Gəncədə bir nəfər illərlə atası tərəfindən cinsi qısnamaya məruz qaldığını iddia edib.
TEREF.AZ Ölkə.Az-a istinadla xəbər verir ki, adı gizli saxlanılan xanım bu barədə sosial şəbəkələrdə yazıb:
“Nə qədər ağır olsa da, yazmaq məcburiyyətindəyəm. Çünki tək qalmışam, arxamda duracaq kimsə yoxdur. Atam tərəfindən dəfələrlə cinsi xarakterli əməllərinə məruz qalmışam. 6-ci sinifdə oxuduğum vaxtdan bəri bu insan məni bir dəfə də öz qızı, doğması kimi görməyib. Mənə qarşı etikaya sığmayan əxlaqsız hərəkətlər edib. Hətta yeniyetməlik dövründə də dəfələrlə canıma qıymağa cəhd eldəmişəm”, - deyə o bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sözügedən iddiaların araşdırıldığını açıqlayıb:
“Dərhal Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində müvafiq araşdırmalar başlanılaraq, A.H və atası Ü.H.-nin yeri müəyyən edilib və hər iki şəxs Polis Şöbəsinə dəvət olunub. İddialar araşdırma predmetidir və müvafiq araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - məlumatda deyilir.