Günəşdə nəhəng partlayış olub

31-07-2023, 18:47           
Günəşdə nəhəng partlayış olub
Günəşin səthində ilk dəfə görünən nəhəng ləkələrin ardından ilk partlayış ötən gün baş verib.

Publika.az xəbər verir ki, Yer planetindən 20 dəfə böyük olan həmin partlayışın görüntüləri çəkilib.

Bu partlayış nəticəsində radiorabitələrdə yaranan fasilələr təxminən 30 dəqiqə davam edib. Partlayışdan sonra Günəşdən uzaqlaşan odlu döngə Yer ölçüsündə 20 planeti udmaq üçün kifayət qədər böyük olub. Lakin bu baş vermədi. Çünki od halqasının Yerin əks istiqamətində hərəkət etdiyi müşahidə edilib. İyulda baş verən bir sıra digər böyük püskürmələr kimi, bu püskürmənin də Yerə çatmayacağı bildirilib.

"X" sinfi olaraq xarakterizə edilən partlayış ən şiddətli günəş partlayışları kateqoriyasındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru