"İcra başçısının birinci müavini saxlanıldı" vəbəri təkzib edildi - MÖVQE

1-08-2023, 10:58           
"İcra başçısının birinci müavini saxlanıldı" vəbəri təkzib edildi - MÖVQE
Baş Prokurorluq Yanında Korupsiya Qarşı Mübarizə baş İdarəsi tərəfindən Cəlilabadda daha bir məmur saxlanıb. News24.az-ın verdiyi məlumata görə, sözügedən şəxs Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xudaverdiyev Qalib Firudin oğludur.

Qalib Xudaverdiyev 2021-ci il dekabrın 3-də Cəlilabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunub. O, müavin vəzifəsindən öncə Əmlak Məsələləri Dövlət Komitəsinin Reyestr Xidmətində (Cəlilabad) çalışıb.

Qeyd edək ki, iyulun 31-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cəlilabad rayonunda aparılan əməliyyat zamanı bir neçə məmur saxlanılıb. Saxlanılanların Cəlilabad rayon Bələdiyyələri Əlaqələndirmə Şurasının və Cəlilabad şəhər bələdiyyəsinin sədri Mehdi Kərimov, Cəlilabad Rayon İcra Hakimiyyətinin baş memarı Sahil Qənbərli və Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Səttar Heydərov olduğu bildirilir.
Teref.az yazır ki, News24.az-ın verdiyi xəbərə Cəlilabad RİH-indən operativ mövqe bildiriblər. Saytımızın poçtuna göndərilən Cəlilabad RİH-nin mövqeyini təqdim edirik:
"31 iyul 2023-cü il tarixdə Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirilmiş və Cəlilabad bələdiyyəsinin sədri Mehdi Kərimov və rayon icra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Sahil Qənbərli saxlanılmışdır.
Dərc etdiyiniz məlumatda rayon icra hakimiyyəti başçısının birinci müavinin də həbs olunuduğunu qeyd edirsiniz, lakin bunun həqiqətə uyğun olmadığını və Qalib Xudaverdiyevin hazırda iş yerində olduğunu bildiririk."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru