Ukraynanın ekipajsız katerləri Rusiyanın iki patrul gəmisinə hücum edib
1-08-2023, 11:55
Rusiyanın Qara dəniz Donanmasındakı “Sergey Kotov” və “Vasili Bıkov” patrul gəmiləri Sevastopol ərazisində Ukrayna Silahlı Qüvvələrinin 3 ekipajsız katerinin hücumunu dəf edib.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, katerlər məhv edilib.
Məlumata görə, “Sergey Kotov” və “Vasili Bıkov” gəmiləri Qara dəniz Donanmasında tapşırıqların icrasını davam etdirirlər.