Hakim köməkçisi özünü öldürmək istədi - Borca görə

2-07-2016, 16:02           

Şəkidə intihara cəhd olub.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Şin kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Spartak İsmayılov özünü Kiş çayına atmağa cəhd göstərib. Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, S. İsmayılov Şəki Ağır Cinayətlər Məhkəməsində hakim köməkçisi işləyir. Onun külli miqdarda borcu olduğu üçün intihara cəhd etdiyi bildirilir.(APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru