Goranboylu “Vanqa” Bakıda saxlanıldı — VİDEO

2-07-2016, 16:09           

Goranboy rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda təqsirləndirilən yeddi nəfərlik dəstənin daha iki üzvü - “Vanqa” ləqəbli Vaqif Hüseynov və İlkin Şıxıyev Bakı şəhərində saxlanılıb.

teref.az Region TV-yə istinadən verdiyi xəbərə görə, müstəntiq Ağaxan Abdullayev faktla bağlı bildirib ki, tutulan şəxslər məsuliyyətdən yayınmaq üçün gizləniblər.

İstintaq yolu ilə müəyən edilib ki, barələrində axtarış elan olunan V.Hüseynov və İ.Şıxıyev axtarışda olduqları müddətdə də öz çirkin əməllərini dayandırmayıblar. Onlar Dəliməmmədli şəhəri ərazisində müxtəlif obeyktlərdən oğurluqlar edib.

“Vanqa” ləqəbli V.Hüseynov əməlinə görə heç də peşman olmadığını bildirib:

“Axtarışda olan vaxt pulumuz yox idi. Bunun səbəbdən Dəliməmmədlidə bir mağazanı və bir çay evini yardıq. Əməlimdən heç də peşman deyiləm. Niyə peşman olum ki?! Bunu mən eləmişəm”.

Hazırda polis dəstə üzvlərinin ziyan vurduğu zərərçəkənlərin sayını müəyyənləşdirir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru