Azərbaycanda 14 yaşlı nişanlı qız - 3 aydır yoxa çıxıb

3-07-2016, 14:13           

Qubada 3 aya yaxındır ki, yoxa çıxan 14 yaşlı qızdan hələ də xəbər yoxdur. 8-ci sinif şagirdi Güldanə Tağıyevanın intihar etdiyi və ya kiminləsə qaçdığı dəqiq bilinmir.

“Qafqazinfo” xəzərxəbər-ə istinadən xəbər verir ki, Qubanın Barlı qəsəbə sakini Güldanə Tağıyeva aprelin 19-da məktəbə gedib və evə qayıtmayıb. Valideynləri onun nişanlı vəziyyətinə görə intihar edə biləcəyini də deyir. Çünki sonuncu dəfə onu arxın kənarında görüblər.

Valideynləri qızın nişanlısı ilə aralarında anlaşmazılıq olmadığını desələr də, mütəxəssislər hadisənin baş verməsində bu faktorun rolunun ola biləcəyini ehtimal edirlər.

Güldanənin sinif yoldaşları onun itməmişdən bir neçə gün əvvəl özünü qəribə apardığını deyirlər. Onunla eyni sinifdə oxuyan Səbinənin dediyinə görə, Güldanə həmin gün sonuncu dərsə girməyib və icazə alaraq məktəbdən ayrılıb.

Hadisə ilə baglı valideynləri aidiyyatı orqanlara müraciət ediblər.

Qeyd edək ki, Güldanə Tağıyevanın özünü arxa atması ilə bağlı FHN məlumat yaysa da, onun meyiti tapılmamışdı.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.