İki avtomobil DYP maşınını vurub əzdi – Detallar yola töküldü - FOTO

3-07-2016, 21:06           

Zərbə o qədər güclü olub DYP avtomobili yerində fırlanaraq üzü o tərəfə dayanıb
Bu gün günorta saatlarında Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib. Hadisə hahidlərinin Avtosfer.az-a verdiyi ilkin məlumata görə, Bakı istiqamətində hərəkətdə olan 3 avtomobil Beynəlxalq Avtovağzalın yaxınlığında toqquşub. Onlardan biri Dövlət Yol Polisinə məxsus patrul avtomobili olub. Hətta zərbə o qədər güclü olub ki, DYP avtomobili yerində fırlanaraq üzü Sumqayıt istiqamətində dayanıb. Şahidlər bildirir ki, qəzada ən çox əzilən də elə DYP maşını olub. Onun arxa və yan tərəfi əzilib, maşının bir neçə detalı qoparaq ətrafa səpələnib.
Ehtimal olunur ki, DYP maşını qəzaya düşən avtomobillərdən birini təqib edərkən toqquşma baş verib.

İki avtomobil DYP maşınını vurub əzdi – Detallar yola töküldü - FOTO













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru