Jurnalist Fikrət Fərəməzoğlunun nədə ittiham edildiyi məlum olub
4-07-2016, 16:52
Nərimanov Rayon Məhkəməsi Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu barəsində həbs-qətimkan tədbiri seçib. Bu barədə "Report"a vəkil Nemət Kərimli məlumat verib. O bildirib ki, F.Fərəməzoğlu hədə-qorxu ilə pul tələb etmədə ittiham olunur. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Xatırladaq ki, F.Fərəməzoğlu iyulun 1-də saxlanılıb.