Azay Quliyev vida çıxışı etdi

4-07-2016, 17:24           
Azay Quliyev vida çıxışı etdi

Məlum olduğu kimi Tbilisidə ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyası keçirilir. Bu gün sessiya çərçivəsində Assambleyanın Siyasi Məsələlər və Təhlükəsizlik Komitənin sonuncu iclası olub.
ATƏT PA-nın Büro üzvü, Komitənin sədr müavini Azay Quliyev iclasda vida çıxışı edib. Çıxışın mətnini təqdim edirik:

“Cənab Sədr,
Hörmətli Həmkarlar,
Bu önəmli Komitədə mənim Sədr müavini kimi tutduğum vəzifədə sonuncu iclasım olduğu üçün istərdim ki, hər birinizə səlahiyyət müddətim ərzində göstərdiyiniz dəstəyə və anlayışınıza görə səmimi minnətdarlığımı bildirim.
Sizin mənə əmanət etdiyiniz inam və etibarınızı yüksək qiymətləndirirəm. Bu mənə ATƏT-in ümumi maraqlarının bələdçilik etdiyi güclü örnək olmuşdur.
Sizi ATƏT və onun Parlament Assambleyasını eyni qətiyyətlə dəstəkləməkdə davam etməyə hazır olduğuma əmin etmək istəyirəm. Mən əməkdaşlıq və dialoqa sadiq tərəfdar olaraq qalacağam.
Bizim ortaq hədəf və məqsədlərimizdə nailiyyətlərə çatmaq istiqamətində hamınızla işləməyi səbirsizliklə gözləyirəm.
Bir daha təşəkkür edirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru