Sürücü bir dəqiqənin içində 7 bal 230 manatlıq qayda pozdu - VİDEO
21-09-2023, 14:24
Bakıda kameranın olmamasından sui-istifadə edən sürücü qaydaları pozub. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 10-da, paytaxtın Sadıqcan küçəsində baş verib. Belə ki, 77-EO-513 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü öncə əks yola çıxaraq qarşıdan gələn avtomobilin üzərinə sürüb. Daha sonra isə svetoforun siqnallarına əhəmiyyət verməyərək qırmızı işıqda hərəkət edib.