Arayik Arutyunyanın qardaşı Yevlaxa gəlməkdən qorxdu
21-09-2023, 11:35
Qarabağdakı qondarma rejimin sabiq "rəhbəri" Arayik Arutyunyanın "dövlət naziri" vəzifəsində çalışan qardaşı Artur Arutyunyan Yevlaxa gəlməkdən qorxub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yer alıb.
Mənbə yazır ki, Azərbaycan nümayəndələri ilə danışıqları əvvəllər özünü separatçıların “parlament üzvü” adlandıran David Melkumyan aparacaq. Qeyd edək ki, az öncə erməni icmasını Yevlax görüşündə qondarma rejimin "dövlət naziri" Artur Arutyunyanın təmsil edəcəyi deyilirdi.