AZAL-ın pilotu uçuşdan imtina etdi – “Bu, risklidir”

22-09-2023, 11:46           
AZAL-ın pilotu uçuşdan imtina etdi –
Sentyabrın 22-də AZAL-ın Bakı-Praqa aviareysini həyata keçirən təyyarəsində texniki problem yaranıb. Bu səbəbdən uçuş təxirə düşüb.

Teref.az Globalinfo.az-a istinadən xəbər verir ki, təxminən 2 saatlıq araşdırmadan sonra pilot təyyarə ilə uçmağın riskli olduğu bildirib və uçuşdan imtina edilib. Onun bu sözlərini sərnişinlər eşidiblər.

Bundan sonra AZAL təyyarəni dəyişmək qərarına gəlib. Sərnişinlər ikinci təyyarəyə yerləşdiriliblər.

Birinci təyyarə AİRBUS -A 319 olub. Hazırda uçacaq təyyarə isə AİRBUS-A 320 markal təyyarədir.

Xatırladaq ki, son vaxtlar AZAL-ın təyyarələrində texniki problemlər çoxalıb. Ona görə analoji vəziyyət tez-tez yaranır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru