Polis bu yük maşınını qaçıran qadını axtarır: İçərisində 10 min ədəd...

1-12-2023, 16:44           
Polis bu yük maşınını qaçıran qadını axtarır: İçərisində 10 min ədəd...
Avstraliya polisi içərisində 10 min şəkərparə (şirniyyat) olan furqon oğurlayan qadını axtarır.

Bu barədə “Daily Mail” məlumat yayıb.

KİV-in məlumatına görə, gecə saatlarında yük maşınını oğurlayan qadın müşahidə kameralarına düşüb. Buna baxmayaraq, polis hələ də onun şəxsiyyətini və yerini müəyyən edə bilməyib. Məlumata görə, şübhəli şəxs avtomobilin sürücüsünün mağazanın içərisində olmasından istifadə edib.

Şirniyyatı istehsal edən şirkət təxminən 10 min ədəd məhsulun oğurlandığını bildirib. İndi istehsalatdakı çörəkçilər müştərilər qarşısında öhdəliklərini yerinə yetirmək üçün gecə-gündüz işləməli olurlar.

Polis qadının maşının içindəkilərdən xəbərdar olub-olmadığını bilmir.
publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru