"Kanal13"ün aparıcısı da saxlanıldı

2-12-2023, 16:27           
"Kanal13"ün aparıcısı da saxlanıldı
"Kanal13"ün aparıcısı Rüfət Muradlı saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə onun dostu Bəhruz Bayramov məlumat verib.

Onun hazırda Xətai Rayon Məhkəməsinə aparıldığı deyilir.

Qeyd edək ki, bundan əvvəl “Kanal13″ün rəhbəri Əziz Orucov da saxlanılmışdı. Noyabrın 28-də Bakının Səbail Rayon Məhkəməsi hakim Ülviyyə Şükürovanın sədrliyi ilə "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov barəsində 3 ay həbs qətimkan tədbiri seçib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.