Rus hərbçi avtomobili ilə çağırışçı kütlənin arasına girdi– Rusiyadakı dəhşətli qəzanın görüntüləri (VİDEO)

3-12-2023, 00:12           
Rus hərbçi avtomobili ilə çağırışçı kütlənin arasına girdi–
Rusiyanın Kamçatka diyarında ağır yol qəzası baş verib.

Rus hərbçi idarə etdiyi avtomobil ilə bir qrup çağırışçını vurub.

Məlumata görə, qəza dekabrın 2-də səhər tezdən Petropavlovsk-Kamçatski – Yelizovo yolunun 26-cı kilometrliyində baş verib.

Təxminən 80 km/saat sürətlə çağırışçı kütlənin arasına girən sürücü ona yaxın hərbçinin yaralanmasına səbəb olub.

Qeyd olunur ki, qəza nəticəsində 6 rusiyalı çağırışçı xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır. Daha bir neçə hərbçiyə isə qəza yerində tibbi yardım göstərilib.
https://t.me/azpolitika/20974












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru