İtaliyada oğruları öldürən zərgər 17 il azadlıqdan məhrum edildi

5-12-2023, 17:04           
İtaliyada oğruları öldürən zərgər 17 il azadlıqdan məhrum edildi
İtaliyanın şimalından olan bir zərgər mağazasını qarət etmək istəyən iki nəfəri öldürdüyünə və bir nəfəri öldürməyə cəhd etdiyinə görə 17 il həbs cəzasına məhkum edilib.

Məlumata görə, ittiham tərəfi 68 yaşlı zərgər üçün 14 il həbs istəyib.

2021-ci il aprelin 28-də onun Cuneo şəhəri yaxınlığındakı zərgərlik mağazasına üç təcavüzkar daxil olub. Ev sahibi iki nəfəri - 58 yaşlı və 44 yaşlı kişini öldürüb, üçüncüsü isə yaralanaraq qaçıb, lakin bir neçə saatdan sonra saxlanılıb.
Müdafiə tərəfi hadisəni özünümüdafiə kimi səciyyələndirərək, təqsirləndirilən şəxsə bəraət verilməsini istəyib və onun hərəkətlərinin sərtliyini “əvvəlki quldurluq cəhdlərindən aldığı travma” ilə izah edib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru