Kənddə dəhşət: Elektrik istası ilə dalaşıb qumbara atdı

6-12-2023, 00:01           
Kənddə dəhşət: Elektrik istası ilə dalaşıb qumbara atdı
Krasnodar diyarının Vıselkovski rayonunun Novomalorossiyskaya kəndində fövqəladə hadisə baş verib.

32gun.az Rusiya KİV-nə istinadən bildirir ki, axşam saatlarında kəndin küçələrindən birində partlayış səsi eşidilib.

Sonradan məlum olub ki, həmkəndlilərinə canlı qumbara atan yerli sakin olub.

Belə ki, 40 yaşlı Baklanov adlı yerli sakin evində elektrik naqillərinin çəkilməsindən imtina edən elektrik ustası ilə məişət mübahisəsinə başlayıb. Kənd sakini incikliyini gözlənilməz şəkildə dilə gətirib. O axşam saat 10 radələrində bir qrup şəxsə qumbara atıb.

Partlayış nəticəsində üç nəfər qəlpə yaraları alıb: Yaralananlarar 32 yaşlı elektrik və 27 və 32 yaşlı iki yerli sakindir.

Hazırda həkimlər onların vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Qumbara atan şəxs hadisə yerindən qaçsa da, daha sonra polis tərəfindən saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru