SON DƏQİQƏ: İstintaq Komitəsinin müstəntiqi rüşvətə görə saxlanıldı
6-12-2023, 00:05
Çelyabinskdə İstintaq Komitəsinin müstəntiqi Vadim Şpiqun rüşvətə görə saxlanılıb.
32gun.az bildirir ki, bu barədə 74.RU portalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlunat yayıb.
Bildirilir ki, əməliyyat regional FSB İdarəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilib.
Vadim Şpiqun Çelyabinskdə Sovetski rayonu üzrə Sledkom şöbəsinin böyük müstəntiqi olub.
Şpiqun cinayət işlərinə xitam vermək üçün rüşvət almaqda şübhəli bilinir", - mənbə qeyd edib.
Dekabrın 6-da Traktorzavodski Rayon Məhkəməsi müstəntiq barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxacaq.
Həmkarlarının həmin şəxsin istintaq təcridxanasına göndərilməsini məhkəmədən xahiş edib-etməyəcəyi sabah bəlli olacaq. Keçmiş müstəntiqi 15 ilə qədər həbs və ya bir milyon rubla qədər cərimə gözləyir.
İstintaq Komitəsinin bölgə üzrə mətbuat xidməti bildirib ki, Şpiqunun həbsi ilə bağlı məlumatlar dəqiqləşdirilir.