Rusiyada nənələr dalaşdılar: Dörd aylıq nəticələrini “nokauta” saldılar

7-12-2023, 16:24           
Rusiyada nənələr dalaşdılar:
Rusiyanın Orlovka vilayətində iki nənə dava edib və dörd aylıq nəticələrini “nokauta” salıblar.

Msenskdən olan təqaüdçülər uşağın reanimasiyaya düşməsinə səbəb olublar.

Belə ki, 73 yaşlı Raisa Valentinovnadan nəticəsinə baxması istənilib. Nənə uşağı götürərək 68 yaşlı bacısı Tatyana Valentinovnanın evinə qonaq gedib. Onlar körpənin sağlamlığının şərəfinə alkoqollu içki içiblər. Amma alkoqol nənələrə pis təsir edib və onlar söyüş söyməyə, sonra isə dava salmağa başlayıblar.

Raisa Valentinovnanın sözlərinə görə, bacısı yumruqlarını işə salaraq əvvəlcə ona, sonra isə körpəyə hücum edib.

Körpə xəstəxanaya yerləşdirilib və ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Həmçinin uşağın gözünün altında böyük göyərmə, qançır izi aşkarlanıb.

Hazırda hər iki pensiyaçı polis tərəfindən yoxlanılır.

Mənbə: “SHOT” “Telegram”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru