Bardan çıxan siyasətçi döyülərək öldürüldü 9-12-2023, 00:13 Tulalı siyasi strateq Vladislav Abramov döyüldükdən sonra ölüb.32gun.az bildirir ki, bu barədə "Tula News" internet nəşri məlumat yayıb.Məlunata görə, Abramov Oktyabrskaya küçəsi, 37 ünvanında yerləşən “BEER TIME” barının yaxınlığında döyülüb.Hər şey dekabrın 4-dən 5-nə keçən gecə baş verib. İlkin məlumatlara görə, altıdan on nəfərə qədər hücumçu olub. Aldığı xəsarətlər o qədər ağır olub ki, Abramov hadisədən bir neçə gün sonra dünyasını dəyişib. Facebook-da paylaş