Cəsarət Valehov vəzifəsindən azad olundu - YENİ TƏYİNAT

8-12-2023, 21:38           
Cəsarət Valehov vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov vəzifəsindən azad olunub.

Qurumun aparatının strukturunda dəyişiklik edilib, yeni təyinatlar olub.

Lakin C.Valehovun adı Elm və Təhsil Nazirliyində vəzifəyə yeni təyin olunan şəxslərin siyahısında yer almayıb.

Dəyişikliyə əsasən, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi yaradılıb və ora Səbuhi Rzayev müdir təyin olunub.

C.Valehov "Report"un nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun ləğvi ilə bağlı sualına konkret cavab verməyib: "Hazırda səhhətimdə problemlər var, danışa bilmirəm. Yeni dəyişiklik olub, başqa nə deyə bilərəm?!

C.Valehov bir qədər sonra özünü feysbuk hesabında bunları yazıb: "Yaxın günlərdə yeni iş fəlaiyyətimlə bağlı məlumat verəcəyəm".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru