Qətlə yetirilmiş iş adamının meyidi tapıldı

12-02-2024, 10:54           
Qətlə yetirilmiş iş adamının meyidi tapıldı
Çelyabinsk vilayətində Troitskdən olan iş adamı Boris Spiridonov ölü tapılıb.

TEREF publika.az-a istinadən xəbər verir ki, bu barədə URA məlumat yayıb.

"Spiridonov qətlə yetirilib. Artıq qətldə şübhəli bilinən bir nəfər saxlanılıb", - mənbə nəşrə bildirib.

İş adamının yoxa çıxması bir gün əvvəl məlum olub.

Həyat yoldaşı mətbuata bildirib ki, Boris Troitskdən Çelyabinskə gedib və yoxa çıxıb.

Qadın ərinin hədələndiyini, təcavüzkarların ondan binanın ərazisinin genişləndirilməsi ilə bağlı sənəd imzalamasını istəyib. Evə qayıdarkən Boris arvadına deyib ki, onun arxasınca qara cip gəlir.

Spiridonov Troitsk meri Aleksandr Vinoqradovun rüşvət alması işi üzrə təqsirləndirilən şəxsdir. O, əvvəllər də 2011-ci ildə adam öldürməyə cəhddə iştirakda ittiham olunub. Spiridonov daha sonra 4 il ümumi həbs cəzasına məhkum edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.