Lotereyada uddu və az qala milyonluq bileti itirəcəkdi
28-02-2024, 15:45
ABŞ sakini lotereya cekpotunu udub və az qala uduş biletini itirəcəkdi. Bu barədə UPI məlumat yayıb.Kentukkidən olan Mark Perdue ərzaq mağazasında lotereya bileti alıb. Lakin o, aldığı bileti unudub. Bir həftə sonra o, mağazaya qayıdan kimi lotereyada 50 min dollar udduğunu bilib. Kişinin sözlərinə görə, o, dərhal həyat yoldaşı ilə bileti axtarmağa başlayıb, lakin cəhdləri uğursuz alınıb. Bir müddət sonra onu atdığına qərar verərərk və itkini qəbul edib.Üç aydan sonra avtomobil hissələri tədarükçüsü şirkətinin prezidenti olan Perdue şirkət avtomobilinin yararlılığını yoxlamaq istəyib. O, maşının qapısını açan zaman qəfil itirilmiş lotereya biletini tapıb.Qalib dərhal uduşlu biletin fotosunu həyat yoldaşına göndərib. Qadın həmin an rahatlıq hiss etdiyini etiraf edib. İndi cütlük pul mükafatından istifadə edərək tətilə getməyi planlaşdırır.