Yerə doğru böyük asteroid uçur

3-04-2024, 00:01           
Yerə doğru böyük asteroid uçur
Asteroid aprelin 7-də Yer planetinin yanından keçəcək

122 metr diametrli 2024 FH2 asteroidi Yerə doğru uçur. AYNA bildirir ki, NASA-nın Reaktiv Sürət Laboratoriyasının məlumatına görə, asteroid aprelin 7-də Yer planetinin yanından keçəcək.

Asteroid saatda 71 min kilometrdən çox sürətlə hərəkət edərək Yerə 6,2 milyon kilometr məsafədə yaxınlaşacaq.

Asteroidin yaxınlaşma anında planetə olan məsafəsi və ölçüsü onu potensial təhlükəli kateqoriyaya aid etməyə əsas vermir.

NASA-nın məlumatına görə, 2024 FH2-nin Yerə son yaxınlaşması 1935-ci ildə olub və onun növbəti yaxınlaşması 2113-cü ildə olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru