Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinə hökm oxundu

3-04-2024, 19:18           
Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinə hökm oxundu
Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

TEREF APA-ya istinadən xəbər verir ki, bu gün Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən Tofiq Həsənov 10 il müddətinə azadlıqdan məhrum olunub.

Prokuror Tofiq Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və rüşvət almaqda təqsrili bilinməklə 11 il müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.

Qeyd edək ki, barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində başlanılmış cinayət işi üzrə keçmiş Xidmət rəisi Tofiq Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru