17 yaşlı nişanlı qız qaçırıldı, yoxsa qoşulub qaçdı? – VİDEO

22-08-2016, 23:24           

Cəlilabad rayonu Boyaxanlı kəndində 3 gün əvvəl qaçırılan 17 yaşlı Sahibə Dadaşova tapılıb.

Məlum olub ki, nişanlı qız bir neçə gün öncə həmkəndlisi Zaur Musayev ilə öz istəyi ilə qoşularaq qaçıb. Onlar 2 gün Bakı şəhərində qalıblar.

Oğlanın atassı Gülbala Musayev deyir ki, burada hər hansı bir zorakılıq olmayıb. Sahibə Dadaşova hətta evdən çıxarkən paltarlarını və şəxsiyyətini təsdiq edən sənədini də götürüb.

Qızın valideynləri isə övladlarının aldadıldığını iddia edirlər və geri qayıtmasını istəyirlər.

Bildirilir ki, S.Dadaşovanı qaçıran Zaur Musayevin artıq dörd dəfə evli olub.

Qeyd edək ki, Sahibə Dadaşovanın 17 yaşı var. O, bu il 11 ci sinfə gedəcəkdir.

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır. Araşdırmaların sonunda hadisəyə hüquqi qiymət veriləcək.

teref.az “Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
[media=https://www.youtube.com/watch?v=VpMoS3_16rc]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru