Bakıda 41 yaşlı prokuror faciəvi şəkildə öldü

8-05-2024, 08:44           
Bakıda 41 yaşlı prokuror faciəvi şəkildə öldü
Bakıda prokuror yol qəzasında vəfat edib.

TEREF qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət Şöbəsinin prokuroru 1983-cü il təvəllüdlü Müşfiq Oruc oğlu Abdullayev qəzada aldığı xəsarətlərdən dünyasını dəyişib.

M.Abdullayev doğulduğu Gəncə şəhərində dəfn olunacaq.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, M.Abdullayev daha əvvəl Nəsimi Rayon Prokurorluğunda müstəntiq və baş müstəntiq vəzifələrində də çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru