Litva Nazirlər Kabinetinin rəhbəri İnqrida Şimonite Ukraynaya təlim məqsədilə qoşun göndərmək üçün parlamentdən icazə alıb. Litva Ukraynaya əsgərlərin “təlim məqsədilə” göndərilməsinin mümkünlüyünü istisna etmir. “Financial Times” bu barədə Litva Nazirlər Kabinetinin rəhbəri İnqrida Şimoniteyə istinadən xəbər verib. Şimonite “Financial Times”a bildirib ki, o, Ukraynaya təlim məqsədilə qoşun göndərmək üçün parlamentdən icazə alıb. Nəşr qeyd edib ki, hələ ki, Ukrayna tərəfi Litvaya əsgər göndərmək xahişi ilə müraciət etməyib. Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron Kiyevin tələbi ilə Ukraynaya qoşun yeritmək imkanını açıqlamışdı. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin sözlərinə görə, Fransanın Ukraynadakı hərbçiləri Rusiya Silahlı Qüvvələrinin prioritet hədəfinə çevriləcək. Sputnik