Yer kürəsində güclü maqnit qasırğası başlayıb

11-05-2024, 07:38           
Yer kürəsində güclü maqnit qasırğası başlayıb
Yer kürəsində güclü maqnit qasırğası başlayıb. “Report” xəbər verir ki, bu barədə “TASS”a Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidmətindən məlumat verilib.

Belə ki, Yerin maqnit sahəsində pozulma beş göstəricili monitorinq şkalası üzrə “güclü” mənasını verən “G3” səviyyəsinə yüksəlib.

Səviyyə “G3” o deməkdir ki, Yer kürəsində enerji sistemləri, o cümlədən təhlükəsizlik sistemlərində yanlış siqnallarla bağlı problemlər ola bilər. Peyk və aşağı tezlikli radionaviqasiyada fasilələr və yüksək tezlikli radio rabitəsində fasilələr də yarana bilər.

Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru