Əfqanıstanda DƏHŞƏT: Yüzlərlə insan həlak olub

12-05-2024, 00:13           
Əfqanıstanda DƏHŞƏT:
Əfqanıstanın bir sıra əyalətlərində daşqınlar nəticəsində 300-dən çox adam ölüb.

Bu barədə məlumatı BMT-nin Ümumdünya Ərzaq Proqramı yayıb.

Məlumata görə, Taliban hakimiyyəti fövqəladə vəziyyət elan edib və sağ qalanları xilas etmək üçün tədbirlər görür.

Dünəndən başlayan güclü yağışlar bir sıra əyalətlərdə çayların daşaraq palçıqlı suyun kəndləri, əkin sahələrini basmasına səbəb olub. Nəticədə bir sıra kəndlərlə əlaqə tamamilə kəsilib. Əraziyə hökumət qüvvələri ilə yanaşı, qeyri-hökumət qrupları da cəlb olunub.
Mənbə:Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru