Benjamin həkim qazini məhkəməyə verib: “Həbsimi istəyir” - VİDEO

14-05-2024, 00:04           
Benjamin həkim qazini məhkəməyə verib:
Salyan rayon sakini, hər iki gözdən əlil Gülşən Adışirinovanın Kəpəz hospital və orda oftalmoloq çalışan Benjamin Kərimovdan şikayəti ilə bağlı videomaterial vermişdik.

Əsl adı Azər Kərimov olan göz həkiminə Elgizin verişində müraciət edən Adışirinova əməliyyatdan sonra gözünün kor olduğunu iddia edirdi.

“Medicina” xəbər verir ki, Gülşən Adışirinova yenidən əməliyyat olunub və 15 min manata qədər əlavə xərci çıxıb.

Əldə etdiyimiz məlumata görə, şikayətçinin çıxışı mətbuatda və sosial şəbəkələrdə yayıldığı üçün Benjamin Kərimov bu dəfə Gülşən Adışirinovanın oğlu İsmayılı məhkəməyə verib.

Həkim məhkəməyə şərəf və ləyaqətinin alçaldılması iddiası ilə müraciət edib.

Həkim onu sosial şəbəkələrdə təhqir, tənqid yazmasına görə həbs etdirmək istəyir

Medicina.az-a açıqlamasında İsmayıl imkanı olmadığı üçün dövlət tərəfindən vəkillə təmin olunduğunu, Benjamin həkimin məhkəməyə gəlmədiyini və onu şərlədiyini bildirir.

İsmayıl Adışirinov qazidir və anasının müalicəsi üçün əlindən gələni edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru