Rusiya MN-nin idarə rəisinə külli miqdarda rüşvət verən erməni saxlanıldı

15-05-2024, 11:58           
Rusiya MN-nin idarə rəisinə külli miqdarda rüşvət verən erməni saxlanıldı
Rusiya Federasiyası Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi Yuri Kuznetsovun işində iştirak edən ikinci şəxs - Leva Martirosyan həbs edilib.

Basmannı məhkəməsi onu iyulun 12-dək həbsdə saxlamaq barədə qərar verib. Martirosyan xüsusilə külli miqdarda rüşvət verməkdə ittiham olunur.

Məhkəmənin mətbuat xidməti açıqlamasında bildirib ki, Kuznetsov Martirosyanı hərbi xidmət vasitəsilə tanıyıb.

Bununla əlaqədar olaraq, Kuznetsovun Martirosyana himayədarlıq etmək müqabilində xüsusilə külli miqdarda digər əmlak formasında rüşvət alması iddia edilir. (Mənbə: meduza.io)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru