Nobel mükafatı laureatı Elis Munro 93 yaşında vəfat edib

15-05-2024, 12:34           
Nobel mükafatı laureatı Elis Munro 93 yaşında vəfat edib
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, kanadalı yazıçı Elis Munro 93 yaşında vəfat edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Globe and Mail” nəşri onun yaxınlarına istinadən məlumat yayıb.

Məlumata görə, yazıçı 10 il demensiyadan əziyyət çəkib. Munronun Kanadanın Ontario əyalətindəki qocalar evində vəfat etdiyi bildirilir.

Qeyd edək ki, o, Britaniya Kolumbiyası və Kvinslend Universitetlərində ədəbiyyatdan dərs deyib. 2009-cu ildə yazıçı məcmu nailiyyətlərinə görə Beynəlxalq “Buker” mükafatını qazanıb və dörd il sonra “müasir qısa hekayənin ustası” kimi Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru