İrəvanda Ukrayna vətəndaşı özünü körpüdən ataraq intihar etdi

25-05-2024, 16:37           
İrəvanda Ukrayna vətəndaşı özünü körpüdən ataraq intihar etdi
İrəvanda Davidaşen körpüsünün altından 35 yaşlı Ukrayna vətəndaşının meyiti aşkarlanıb.

Publika.az “Shamshyan.com” kriminal xronika saytına istinadən xəbər verir ki, mayın 25-də saat 03:30-da Maştotun polis şöbəsinə Davidaşen körpüsünə gedən yolda “Toyota Land Cruiser” markalı avtomobilin dayanması barədə əməliyyat məlumatı daxil olub.

Avtomobilin sürücüsünün körpüdən tullanması ilə bağlı şübhələr yaranıb. Xilasedicilər və polis körpünün altında axtarış apardıqdan sonra kişinin meyitini tapıblar.

Hadisə yerinə gələn mərhumun dostu onun kimliyini bildirib. Onun ixtisasca stomatoloq olan və Abovyanda yaşayan 35 yaşlı Ukrayna vətəndaşı Andranik Q. olduğu üzə çıxıb.

Dostunun sözlərinə görə, Andranik iki gün əvvəl itkin düşüb, onun axtarışı üçün Kotayk rayon polis şöbəsi ilə əlaqə saxlanılıb. Faktla bağlı iş açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru