Azərbaycanlı iş adamı Rəisiyə görə həbs edildi

25-05-2024, 17:45           
Azərbaycanlı iş adamı Rəisiyə görə həbs edildi
Tanınmış azərbaycanlı iş adamı və “Sönməz” zavodunun sahibi Əli Rehyani Kücüvar və bir neçə yaxını həbs edilərək Təbriz həbsxanasına köçürülüb.

TEREF Axar.az-a istinadən xəbər verir ki, bu barədə azərbaycanlı vəkil Qasım Bodi məlumat yayıb.

Onun sözlərinə görə, iş adamı “hökumətə qarşı təbliğat”, “İbrahim Rəisini təhqir etmək”də ittiham edilib.

Qeyd edək ki, Əli Reyhani Kücüvar ötən ilin ən yaxşı istehsalçısı adına layıq görülüb və mükafatlandırılmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.