İnquşetiya rəhbərinin qardaşı saxlanıldı

3-06-2024, 18:46           
İnquşetiya rəhbərinin qardaşı saxlanıldı
Rusiya Federasiyasının İnquşetiya Respublikasının rəhbəri Mahmud-Əli Kalimatovun qardaşı Maqomed Bəşir Kalimatov saxlanılıb.

TEREF APA-ya istinadən bildirir ki, İnquşetiya rəhbəri qardaşının saxlanılması xəbərini təsdiqləyib.

2 milyard rublu mənimsəməkdə şübhəli bilinən qardaşının saxlandığını təsdiqləyən Kalimatov qeyd edib ki, istintaq davam edir və qərarı məhkəmə verəcək.

"Bir qardaş kimi, bu, əlbəttə ki, məni kədərləndirir, amma qanun qanundur" - deyə respublika rəhbəri vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru